“ASAN XİDMƏT” VƏ “ASAN KOMMUNAL” MƏRKƏZLƏRİ 9 MAYDA İŞLƏMƏYƏCƏK

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.