TƏBİB-İN TABELİ TİBB MÜƏSSİSƏLƏRİNƏ YENİ RƏHBƏR ŞƏXSLƏR TƏYİN OLUNUB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı, Mərkəzi Neftçilər Xəstəxanasına əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu, Abşeron Rayon Mərkəzi Xəstəxanasına Lətifov Hacı Məhəmmədoviç, Kliniki Tibbi Mərkəzə Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu direktor təyin edilib.