BƏZİ ƏRAZİLƏRDƏ QAZ TƏCHİZATI DAYANDIRILACAQ

Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.