BU GÜN MSK-NIN YENİ SƏDRİ SEÇİLƏCƏK

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyənləşib.

Bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçiriləcək.

İclasda MSK-nın yeni sədri, sədr müavini və katibləri seçiləcək.

Qeyd edək ki, əvvəlki tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır