
Bakı metropolitenində yaranan texniki nasazlıqla əlaqədar şəhərdaxili ictimai nəqliyyatda əlavə tədbirlər görülür.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.
Bildirilib ki, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.
