
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşü iyun ayına planlaşdırılır.
Bu barədə o, hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib.
“Biz növbəti görüşlər, o cümlədən iyunun ikinci yarısına nəzərdə tutulan yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”,- o bildirib.
Paşinyan qeyd edib ki, aprelin 1-də Putinlə keçirdiyi görüş çox uğurlu keçib.
“Rusiya ilə münasibətlər konstruktiv transformasiya mərhələsindədir və mən bu prosesi müsbət dəyərləndirirəm. Biz münasibətlərimizi mehriban dialoq məntiqində qoruyub saxlayacağıq”, – Paşinyan bildirib.
