MƏHKƏMƏ EKSPERTİZASI İLƏ ƏLAQƏDAR GÖSTƏRİLƏN XİDMƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN HAQQIN MƏBLƏĞİ TƏSDİQLƏNİB

Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği aşağıdakı kimi olacaq:

Sıra

№-si

Məhkəmə ekspertizası Haqqın məbləği (manatla)
1. Məhkəmə-xətşünaslıq ekspertizası 200
2. Məhkəmə-müəllifşünaslıq ekspertizası 200
3. Sənədlərin məhkəmə-texniki ekspertizası 240
4. Audio və videoyazıların məhkəmə ekspertizası 300
5. Məhkəmə-linqvistik ekspertizası 200
6. Məhkəmə-trasoloji ekspertizası 200
7. Məhkəmə-ballistik ekspertizası 200
8. Məhkəmə partlayış-texniki ekspertizası 300
9. Məhkəmə-portret ekspertizası 240
10. Məhkəmə-fototexniki ekspertizası 240
11. Materialların məhkəmə ekspertizası 240
12. Məhkəmə-bioloji ekspertizası 200
13. Məhkəmə maliyyə-mühasibat ekspertizası 300
14. Məhkəmə-əmtəəşünaslıq ekspertizası 200
15. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası 240
16. Məhkəmə texniki-təhlükəsizlik ekspertizası 200
17. Məhkəmə tikinti-texniki ekspertizası 300
18. Məhkəmə yerquruluşu ekspertizası 300
19. Məhkəmə kompüter-texniki ekspertizası 300
20. Məhkəmə-sənətşünaslıq ekspertizası 200
21. Məhkəmə-psixoloji ekspertizası 200
22. Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası 200
23. Kontrafakt məhsulların məhkəmə ekspertizası 200
24. Məhkəmə-daktiloskopik eskpertizası 200
25. Məhkəmə-tibbi ekspertiza (meyitin müayinəsi) 300
26. Məhkəmə-tibbi ekspertiza (ekshumasiya ilə meyitin müayinəsi) 500
27. Məhkəmə-tibbi ekspertiza

(sənədlər əsasında meyitin müayinəsi)

150
28. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası 300
29. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası (tibbi sənədlər əsasında) 135
30. Məhkəmə tibbi-psixoloji ekspertiza 200

(1 gün üçün)

31. Məhkəmə-psixiatrik ekspertiza 200

(1 gün üçün)

32. Məhkəmə-tibbi bioloji ekspertiza (müayinə) 120
33. Məhkəmə-tibbi sitoloji ekspertiza 80
34. Məhkəmə molekulyar-genetik ekspertiza 2000
35. Məhkəmə-tibbi kimyəvi ekspertiza (müayinə) 250
36. Məhkəmə-tibbi histoloji ekspertiza (müayinə) 100
37. Məhkəmə tibbi-kriminalistik ekspertiza (müayinə) 300
38. Məhkəmə tibbi-rentgeneoloji ekspertiza 100
39. Məhkəmə tibbi-arxeoloji ekspertiza 150

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:

  • ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;
  • əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;
  • təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;
  • kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;
  • komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.

Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.

Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.