
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycana səfəri
ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycana səfəri Vaşinqton-Bakı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfərin siyasi dialoqun intensivləşməsi, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olmasına dair mövzunun təhlil edilməsi;
2. Ceyms Di Vensin TRİPP layihəsi ilə bağlı açıqlamaları
Ceyms Di Vens TRİPP layihəsini regionda nəqliyyat və enerji təhlükəsizliyini gücləndirən strateji təşəbbüs kimi dəyərləndirib. Onun açıqlamalarının ABŞ-nin bu layihəyə siyasi və iqtisadi marağını, həmçinin Azərbaycanın regional tranzit roluna verdiyi dəstəyi haqqında məqalə və şərhlərin hazırlanması;
3. ABŞ şirkətlərinin Azərbaycana artan marağı
Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü Amerika biznes dairələrinin Azərbaycana artan marağını ortaya qoyur. Görüşdə investisiya imkanlarının, enerji, infrastruktur və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi istiqamətində açıqlama və rəylərin yazılması;
4. “Sülh Şurası” liderlərinin görüşü
Ağ Ev fevralın 19-da Qəzzanın “Sülh Şurası” çərçivəsində ilk liderlər görüşünü keçirməyi planlaşdırır. Görüş Qəzzanın yenidən qurulması məqsədilə maliyyə vəsaitlərinin toplanmasına yönəlmiş beynəlxalq ianə konfransının əhəmiyyəti və nəticələrinin təhlil edilməsi;
5. Azərbaycan–Slovakiya hərbi əməkdaşlığı
Azərbaycan və Slovakiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində SAM-120 avtomatik minaatanlarının alınmasına dair çərçivə müqaviləsi imzalanıb. Hazırda müqavilənin ilk mərhələsi üzrə 96 ədəd minaatanın tədarükü ilə bağlı aparılan danışıqların müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə təsiri istiqamətində mövzunun şərhi.
