GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın  regional miqyaslı sülhməramlı fəaliyyəti

İran xarici işlər naziri Abbas Əraqçinin Azərbaycan və 6 region ölkəsinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün göstərdiyi səylərə dair verdiyi açıqlamalar fonunda mövzunun işıqlandırılması;  

2. Azərbaycan-Türkiyə tandeminin  regional təhlükəsizliyin təmin edilməsində birgə fəaliyyəti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığı fonunda mövzunun şərh edilməsi;

3. Azərbaycan üzərindən Qazaxıstan neftinin nəqlinin artması və bunun hər iki ölkə üçün əhəmiyyəti

 Qazaxıstanın energetika naziri Erlan Akkenjenovun ölkəsinin Bakı–Tbilisi–Ceyhanla ixracı artırmaq niyyəti barədə səsləndirdiyi fikirlərə, bunun hər iki ölkə üçün əhəmiyyətinə dair təhlili yazıların və məqalələrin hazırlanması;

4.  ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Cənubi Qafqaz səfərinin Vaşinqtonun regionla bağlı siyasətinin daha fəal mərhələyə daxil olmasının təzahürü kimi

ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Cənubi Qafqaz səfərinin Vaşinqtonun regionla bağlı siyasətinin daha fəal mərhələyə daxil olmasının təzahürü olması kontekstində mövzunun geniş şərh və təhlil edilməsi;

5. Ermənistanda sülhə qarşı fəaliyyətin davam etdirilməsi

Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarı fonunda mövzunun təhlil edilməsi.