BANK VƏ DÖVLƏT SEKTORLARINA QARŞI YÖNƏLMİŞ FİŞİNQ CƏHDİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIB

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) tərəfindən steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırılıb.

ETX-dən bildirilib ki, təhlil nəticəsində müəyyən olunub ki, hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.

Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.

Qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunur.