GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan  və İsrail arasında münasibətlərin dinamik inkişafı

İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarın ölkəmizə səfəri, keçirdiyi görüşlər kontekstində mövzuya dair şərh və təhlillərin hazırlanması;

2. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılmasının ölkə üçün əhəmiyyəti

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsinin təsdiq edilməsi, bunun ölkədə dövlət maliyyəsinin idarə edilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olması fonunda mövzunun şərh edilməsi;

3. BMT-nin taleyi ilə bağlı qeyri-müəyyənlik

Tramp Sülh Şurasının yaradılması fonunda bundan sonrakı mərhələdə təşkilatın qlobal proseslərdə iştirak imkanlarının daha da məhdudlaşması fonunda təhlili;

4. Yaxın Şərqdə artan gərginlik, bunun regiona, o cümlədən Azərbaycana mümkün təsirləri

ABŞ-nin İran ətrafına hərbi qüvvələrin cəmləşdirməsi, İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi fonunda mövzunun şərh edilməsi;

5. Ermənistanla ABŞ arasında TRIPP layihəsi ilə bağlı danışıqların davam etməsi

Dəhlizin reallaşdırılması istiqamətində müzakirələrin praktiki fazaya keçməsinə dair təhlili yazıların yazılması.