
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası toplantısı çərçivəsində Niderland Krallığının xarici işlər, sığınacaq və miqrasiya naziri David Van Veel ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Bildirilib ki, XİN-lər arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb, bu mexanizm vasitəsilə ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində əlaqələr və qarşılıqlı səfərlər müzakirə edilib.




