AZƏRBAYCAN KOMANDASI VI İSLAM HƏMRƏYLİYİ OYUNLARINI 59 MEDALLA BAŞA VURUB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.

Son gündə Azərbaycan təmsilçiləri daha 4 medal qazanıblar.

Bununla da Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.