İranın Çaharmahal-Bəxtiyari vilayətində 5,7 gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. Vilayətin Kurhang və Çəlgerd bölgələrində dağıntılar meydana gəlib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım qrupları göndərilib. Zəlzələ nəticəsində ölüm faktları barəsində hələlik məlumat yoxdur.