GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanda yeni iqtisadi mərhələnin başlanması

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən fikirlər fonunda  mövzunun şərhi.

2. Ermənistanın təcrid vəziyyətindən çıxmasında Azərbaycanın artan rolu, bunun regionda sülh prosesinə təsiri

Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə Ermənistana buğda yüklü qatarın göndərilməsi, ölkəmizin Qazaxıstandan gələn yüklər üçün də eyni imkanları yaratması, bunun sülh prosesinə, münasibətlərin normallaşmasına təsiri fonunda mövzunun şərhi.

3. Azərbaycan və Fransa arasında münasibətlərin sürətlə normallaşması

Mövzunun Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterin və Fransa Xarici İşlər Nazirliyinin kontinental Avropa Departamentinin direktoru Bris Rokfeyin ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün Azərbaycana gəlməsi, keçirdikləri görüşlər, apardıqların danışıqlar kontekstində  şərhi.

4.  Türk dünyasının qlobal müstəvidə mövqeyinin güclənməsi

UNESCO-nun Səmərqənddə keçirilən 43-cü konfransında qəbul etdiyi qərara əsasən, 15 dekabr – Dünya Türk Dilləri Ailəsi Günü kimi rəsmi şəkildə elan edilməsi fonunda mövzunun şərhi.

5. Latın Amerikasında yaranmaqda olan  yeni müharibə ocağının dünya siyasətinə və iqtisadiyyatına təsiri

Donald Tramp administrasiyasının Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün Venesuelaya qarşı gözlənilən  hərbi əməliyyatı, bunun qlobal iqtisadiyyata, beynəlxalq münasibətlər sisteminə mümkün təsirləri fonunda mövzunun şərhi.