AZƏRBAYCANLA BƏƏ ARASINDA HƏRTƏRƏFLİ İQTİSADİ TƏRƏFDAŞLIQ SAZİŞİ TƏSDİQLƏNİB

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qanunda qeyd olunub ki, 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” təsdiq edilsin.