MİLLİ MƏCLİS PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Milli Məclisdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlamaq təklif edilib.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bu təkliflə çıxış edib.

Təbrik alqışlarla yekdilliklə qəbul edilib.