İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATMIŞ VƏ İSTİFADƏYƏ YARARSIZ OLAN DÖYÜŞ SURSATLARI MƏHV EDİLƏCƏK

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla oktyabrın 29-31-də Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.