
Prezident İlham Əliyev Azərbaycanın “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulması barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
Qanunda qeyd olunub:
“Azərbaycan Respublikası 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanmış “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulsun”.
