
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyev Qarabağda səfərdədir
Prezident İlham Əliyev Qarabağ bölgəsinə səfəri çərçivəsində bir sıra sosial və iqtisadi layihələrin açılışında iştirak edib. Səfərin əsas məqsədi regionda bərpa-quruculuq işlərinin gedişatı ilə tanış olmaq və azad edilmiş ərazilərdə həyatın bərpasını sürətləndirməkdir.
2. Zəngilan nəqliyyat mərkəzinə çevrilir
Prezident İlham Əliyev sakinlərlə görüşdə bildirib ki, Zəngilan yaxın illərdə regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək. Buradan həm Zəngəzur, həm də Araz dəhlizləri keçəcək ki, bu da Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.
3. Avronestə etiraz edirlər
Azərbaycan və Gürcüstan Avronest Parlament Assambleyasının Ermənistanda keçiriləcək növbəti konfransında iştirakdan imtina ediblər. Qərar, Assambleyada balanssız və qərəzli mövqelərin nümayiş etdirilməsinə etiraz kimi qiymətləndirilir.
4. Türkiyə və Azərbaycan liderləri İrəvana səfərə dəvət edilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə və Azərbaycan liderləri Avropa Siyasi Birliyinin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitinə dəvət edilib.
5. Türkiyə Cümhuriyyəti Zəfər Bayramını qeyd edir
Türkiyə Cümhuriyyətin elan edilməsinin növbəti ildönümünü qeyd edir. Bu illər ərzində Türkiyə böyük inkişaf yolu keçib, həm regional, həm də qlobal gücə çevrilib.
