KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI XƏBƏRDARLIQ VERİLİB

Milli Hidrometeorologiya Xidməti oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Qobustan, Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.