
Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin qurumların öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait, habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin mövcud nizamnamə fondu və bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılır.
Sənədə görə, 2026-cı ildən başlayaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Agentliyin saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə vəsait nəzərdə tutulacaq.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.