PREZİDENT İLHAM ƏLİYEV DABAQ XƏSTƏLİYİ İLƏ BAĞLI QANUNU TƏSDİQLƏYİB

Azərbaycan Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə Qoşulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” Qanunda əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub.