GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:


1. Azərbaycan-Ermənistan arasında sülh prosesinin inkişafı

Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatı zamanı bu müstəvidə, xüsusən də Azərbaycanın işğaldan bəri Ermənistan üçün mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırması ilə bağlı səsləndirdiyi fikirlər əsasında mövzunun şərh edilməsi

2. Azərbaycanın dünya arenasında nüfuzu və təsirinin dəfələrlə güclənməsi 

Prezident Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında Azərbaycanın dünya arenasındakı nüfuzu ilə bağlı söyədiyi fikirləri fonunda mövzunun şərhi.

3. Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bu istiqamətdə səslənənən fikirlər əsas götürülməklə mövzunya dair təhlil və şərhlərin hazırlanması.

4. Azərbaycan və Qazaxıstan arasında süni intellekt sahəsində əməkdaşlığın inkişafı

Prezident İlham Əliyevin həmkarı Kasım-Jomart Tokayevlə Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzinə baş çəkmələri, sözügedən sahədə birgə əməkdaşlıqla bağlı səsləndirdikləri fikirlər əsas götürülərək mövzunun şərh edilməsi. 

5. Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələ

Bakıda keçirilmiş “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” tədbirində səslənən məlumatlar, o cümlədən “Azərkosmos” peyk istehsalına hazırlaşması ilə bağlı əsas məqamlar önə çxırılmaqla  mövzuya dair müxtəlif formatlı yazıların hazırlanması.