GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın ətraf mühitin mühafizəsinə töhfələrinin artması

Prezident İlham Əliyevin “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişini təsdiqləməsi kontekstində mövzunun şərhi.

2. Qarabağın XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşması.

Mövzunun Prezident İlham Əliyevin 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına ünvanladığı müraciət əsasında şərhi

3. Şərqi Araz Dəhlizinin inşasının gələn il yekunlaşması

Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı İran ərazisi vasitəsilə birləşdirəcək Şərqi Araz Dəhlizinin əhəmiyy’ti və perspektivləri barədə şərh.

4. Azərbaycan-Avropa hərbi əməkdaşlığı.

Böyük Britaniyanın  Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı fonunda mövzunun şərhi.

5. Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan “Birlik – 2025” birgə regional təlimi

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə hərbi-texniki əməkdaşlığının genişlənməsinə dair şərh.