PREZİDENT VƏ BİRİNCİ VİTSE-PREZİDENT CABİR İMANOVUN VİDA MƏRASİMİNƏ ƏKLİL GÖNDƏRİB

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vida mərasiminə əklil göndəriblər.

Mərhumla vida mərasimi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, C.İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.