KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI VƏ NARINCI XƏBƏRDARLIQLAR VERİLİB

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə saniyədə 20.8-28.4 metrədək güclənəcək.