GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycana qlobal müstəvidə artan maraq

Prezident İlham Əliyevin Nyu-Yorkda keçirdiyi müxtəlif görüşlər fonunda mövzunun şərhi.

2. BMT-də islahatların aparılması təklifinin yenidən aktuallaşması

Təşkilatın fəaliyyətinin yeni qlobal çağırışlara cavab verməməsi, qurumda islahatları vacibliyi barədə təhlil.  

3. Azərbaycanın Afrikada nüfuz və mövqeyinin güclənməsi

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərməsi istiqamətində atılan addımlar kontekstində mövzunun şərhi.

4. Azərbaycanın iqtisadi inkişaf templərinin qorunması

Avropa Yenidənqurma və İnkişaf Bankının “Regional iqtisadi perspektivlər” icmalı əsasında mövzunun şərhi.

5. Nikol Paşinyanın Ermənistanda ictimai rəyi dəyişməyə yönəlmiş təbliğatı

Ermənistan baş nazirinin ölkədə yeni ideologiyanın hazırlanması, ictimaiyyətin sülh prosesinə adaptasiyası istiqamətində atdığı addımlar fonunda təhlil.