GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyev Amerikada səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib. Səfər çərçivəsində dövlət başçısının qlobal gündəmlə bağlı çıxış edəcək və beynəlxalq tərəfdaşlarla görüşlər keçirəcək.

2. Azərbaycan nümayəndə heyəti İran Prezidenti ilə görüşüb

Tehranda İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

3. Nikol Paşinyan yenidən partiya sədri seçildi

Ermənistan Baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında yenidən sədr seçilib. O, çıxışında daxili islahatların davam etdiriləcəyini, ölkənin demokratik inkişaf yolundan geri dönməyəcəyini, Azərbaycanla sülhə sadiq qalmağın zəruri olduğunu deyib.

4. Qərb ölkələri Fələstinin müstəqilliyini tanıyır

Bir sıra Qərb ölkələri Fələstin dövlətinin müstəqilliyini tanıdıqlarını elan ediblər. Bu qərar Yaxın Şərqdə sülh prosesinin sürətlənməsi və İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir.

5. Türkiyə və ABŞ arasında ticarət hədəfi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə 2019-cu ildə əldə edilən razılaşmanın qüvvədə qalacağını bildirib. Onun sözlərinə görə, iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi ortaq hədəf olaraq qalır.