GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Ukrayna münasibətləri.

Azərbaycanın ilə Ukraynanın xarici işlər nazirlərin arasında avqustun 16-da baş tutan telefon danışığı fonunda mövzunun şərhi.

2. İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri.

Səfərin xüsusən də Zəngəzur dəhlizi ilə bağlı hansı nəticələrə gətirib çıxara biləcəyi fonunda mövzunun şərhi.

3. Özbəkistan, Azərbaycan və Avropa əməkdaşlıq toplantısı.

Mövzunun Daşkənd şəhərində işinə başlayan “Özbəkistan, Azərbaycan və Avropa: ortaq inkişaf naminə əməkdaşlıq” toplantısının Azərbaycan üçün əhəmiyyəti kontekstində şərhi.

4. Rusiya-Ukrayna münqaişəsinin həllində yeni mərhələ.

Alyaskada razılaşdırılmış sülh şərtlərindən sonra ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü fonunda Rusiya-Ukrayna münqaişəsinin mümkün sonrakı inkişaf ssenariləri fonunda mövzunun şərhi.

5. 907-ci düləşin ləğvi perspektivi fonunda Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair təhlil.

ABŞ Federal hökumətinin rəsmi jurnalı olan “Federal Register”də ABŞ Prezidenti Donald Trampın 2025-ci il avqustun 8-də imzaladığı “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin fəaliyyətinin dayandırılması haqqında” Memorandumun dərc edilməso fonunda mövzunun şərhi.