Ceyhun Bayramov və Çex Respublikasının xarici işlər naziri arasında təkbətək görüş keçirilir.
Bu barədə Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində məlumat verilib.
“Hal-hazırda Azerbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çexiya xarici işlər naziri Yakub Kulhanek arasında təkbətək görüş keçirilir” – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Çex nazir bu gün Azərbaycana rəsmi səfərə gəlib. Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.