Yaxın Şərqdə sülh Türkiyə ilə Rusiyanın münasibətlərindən asılıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
O bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi böyük fayda verəcək: “Bizim Suriyada birgə addımlarımız böyük əhəmiyyət daşıyır. Bu regionda sülh Rusiya-Türkiyə münasibətlərindən asılıdır”.