
Laçın Hava Limanına beynəlxalq status verilib.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Laçın Hava Limanına bu Sərəncamla beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməlidir.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.