İƏT DAİMİ İNSAN HÜQUQLARI KOMİSSİYASI ERMƏNİLƏRİN TÖRƏTDİYİ HÜQUQ POZUNTULARI İLƏ BAĞLI HESABAT HAZIRLAYACAQ

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə törədilən insan hüquqları pozuntuları, o cümlədən mədəni, dini və digər hüquq pozuntuları barədə hesabat hazırlayacaq.

Bunu İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı hesabat 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq.

H.Açıqgül vurğulayıb ki, bu gün komissiya üzvləri Azərbaycan rəsmiləri ilə görüşəcəklər, sabah isə azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəklər.