Rusiyanın Xabarovsk vilayətində sentyabrın 22-də radarlardan itmiş “AN-26” hərbi təyyarəsinin qalıqları tapılıb.
Təyyarənin Korfovski qəsəbəsi yaxınlığında “Bolşexextsir” qoruğuna düşdüyü bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin “Mi-8” helikopteri kəskin hava şəraiti səbəbindən hadisə yerinə enə bilməyib. Xilasedicilər qəza zonasına quru yolla hərəkət edirlər.
“Lyotnıye proverki i sistemı” QSC-yə məxsus “AN-26” təyyarəsində 6 nəfər – pilotlar və texniki mütəxəssislər olub. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirib.