AĞDƏRƏNİN SUQOVUŞAN KƏNDİNDƏ YAŞAYIŞ KOMPLEKSİ İSTİFADƏYƏ VERİLİB, SAKİNLƏRƏ EVLƏRİN AÇARLARI TƏQDİM OLUNUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.