
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
- Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri
Azad edilmiş ərazilərin bərpası və yenidənqurulması tədbirlərinin dövlət başçısının xüsusi diqqət mərkəzində olması;
- Şərti sərhəd zonasında Ermənistanın təxribatlarının genişlənməsi
Ermənistanın şərti sərhəd zonasında silahlı təxribatlarının sülh müqaviləsinin mətninin razılaşdırlmasından sonra genişlənməsinin səbəbləri, bunun əsasən İrəvanın sülh prosesində maraqlı olmaması kontekstində mövzunun şərhi
- Azərbaycanın Yaxın Şərqdə iqtisadi, siyasi mövqeyinin güclənməsi
Azərbaycan və İsrail arasında SOCAR-ın rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanmasının Azərbaycanın Yaxın Şərqdə iqtisadi, siyasi mövqeyinin güclənməsinə xidmət etməsi fonunda mövzunun şərhi
- ABŞ-İran gərginliyi, bunun regiona təsiri
ABŞ və İranın biri-birlərini artıq ən yüksək səviyyədə savaşla hədələməsi, mümkün müharibənin regiona, o cümlədən Cənubi Qafqaza gözlənilən təsiri kontekstində mövzunun şərhi
- ABŞ Prezidenti Trampla Pusiya Federasiyası Prezidenti Vladimir Putin arasında planlaşdırılan telefon danışığı.
Ukraynada müharibənin dayandırılması istiqamətində aparılan danışıqlar, ABŞ-nin bu məqsədlə rəsmi Kiyevə təzyiqləri gücləndirməsi, hərbi və kəşfiyyat dəstəyini dayandırması. Avropanın münaqişənin həllinə maneələr yaratması.