AZƏRBAYCAN ŞİMALİ MAKEDONİYAYA BAŞSAĞLIĞI VERİB

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

Bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Şimali Makedoniyanın Koçani şəhərində onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli yanğın xəbərindən dərin kədər duyuruq. Bu faciəvi itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Koçanidə konsert zamanı baş verən yanğın nəticəsində azı 50 nəfər həyatını itirib.