BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ 30-CU ÖLKƏ ÇEMPİONATI KEÇİRİLİR 

Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə 30-cu ölkə çempionatı keçirilir.

Hər kəsi valeh edən bu idman növünün nümayəndələri top, lent, gürzlər və halqa ilə proqramda müxtəlif yaş kateqoriyaları üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.