PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN D8-Ə QOŞULMASINI TƏSDİQ EDİB

Prezident İlham Əliyev Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə (D8) qoşulması ilə bağlı qanun imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.