FEVRAL AYINDA ONLAYN MEDİADA TƏBİB-İN FƏALİYYƏTİ İLƏ BAĞLI DƏRC EDİLƏN YAZILARIN SAYI 1000-Ə ÇATIB  

Media Təhlil Mərkəzinin (MTM) 2025-ci ilin fevral ayı üzrə müxtəlif qurumların fəaliyyətinin onlayn mediada işıqlandırılması barədə hesabatına əsasən, sözügedən dövrdə onlayn mediada agentlik və komitələrin fəaliyyətinə dair 4981 məqalə yayımlanıb.
Həmin yazılardan 1000-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həsr olunub. ASAN xidmət 756 yazı ilə fəaliyyəti barəsində ən çox məqalə dərc olunan ikinci qurum olub. Bu ilin fevral ayında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) barədə 566 material yayımlanıb ki, bu göstərici ilə agentlik siyahının üçüncü pilləsində qərar tutub.