HÖKUMƏT RABİTƏSİ İLƏ TƏMİN OLUNAN VƏZİFƏLİ ŞƏXSLƏRİN SİYAHISI GENİŞLƏNDİRİLİB

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri də əlavə edilib.

Agentliyin idarə heyətinin sədri “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na da əlavə olunub.