PAYTAXTDA 17, BÖLGƏLƏRDƏ 23 DƏRƏCƏ İSTİ OLACAQ

Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.