HAZIRDA BƏZİ BÖLGƏLƏRDƏ DUMANLI HAVA ŞƏRAİTİ MÜŞAHİDƏ OLUNUR

Azərbaycanda martın 10-da saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.