GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın Yaxın Şərqdə artan rolu

Suriyada məlum hadisələr fonunda Azərbaycanın Yaxın Şərqdə rolunun artması, xüsusən də adıçəkilən ölkədə Türkiyə və İsrail arasında mübahisələrin həllində vasitəçi rolunda çıxış edə biləcəyi kontekstində mövzunun təhlili;

2. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Gəncəyə səfəri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Gəncəyə səfərinin regionların inkişafı fonunda şərhi;

3. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi istiqamətində davamlı siyasəti  

İğdır-Naxçıvan qaz xəttinin açılması – Azərbaycandan Naxçıvana Türkiyə üzərindən birbaşa təbii qaz ötürülməsinin ölkəmizin təhlükəsizliyinin və iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm addım olması, İrandan qaz asılılığının azaldılması istiqamətində mühüm addım olması xüsusi qeyd edilməsi;      

4. Avropa İttifaqı liderlərinin Brüssel sammitində Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq hərbiləşdirilmə planı üzrə razılıq

Mövzunun qlobal miqyasda yeni silahlanma yarışına səbəb olacağı, bunun dünyanın təhlükəsizlik arxitekturasına hansı formada təsir edəcəyi fonunda şərhi;

5.    Ermənistanın köhnə ideologiyasının iflasa uğramasını rəsmən etiraf etməsi, yeni ideologiya layihəsini ictimai müzakirəyə çıxarması

Mövzunun Ermənistanın işğalçılıq və qondarma soyqırımı iddialarından əl çəkməyə, qonşu ölkələrlə münasibətləri tənzimləməyə məcbur olması kontekstində şərh edilməsi.