AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, AFFA tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunub və rəylər toplanılıb.
Strategiyanın layihəsinə rəy və təklifləri 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirmək mümkündür. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq. Təklifləri https://forms.gle/gLrFP4sQFSCm9xpa8 və ya info@affa.az vasitələri ilə bildirmək olar.
Strategiyaya keçid: https://www.affa.az/files/23934/1196/59/2/13_0/AFFA_Strategy_Final_AZE.pdF