PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN İLƏ MƏRAKEŞ ARASINDA MÜDAFİƏ SAHƏSİNDƏ HƏRBİ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞİ TƏSDİQLƏYİB

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.