“Bakı Metropoliteni” QSC-nin 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 10 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, bununla da sərnişin axını 88 milyon nəfərədək artırılacaq.
“Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”, – deyə nazir müavini əlavə edib.