AVTOMOBİL İSTEHSALINA GÖRƏ ÖLKƏLƏR – TOP 30

2023-cü ildə dünyada 93,5 milyon ədəd avtomobil istehsal olunub ki, bu da pandemiyadan əvvəlki dövrlə – 2019-cu il ilə müqayisədə 2%, 2022-ci ilə nisbətən 17% çox deməkdir.

Qrafik 2023-cü ildə ən çox motorlu nəqliyyat vasitəsi istehsal edən ölkələrin qlobal istehsaldakı payını əks etdirir. Rəqəmlər Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatından təqdim olunub və həm sərnişin, həm də kommersiya avtomobillərini əhatə edir.

Cədvəldə isə hər bir istehsalçı ölkənin istehsal etdiyi avtomobillərin ümumi sayı, eləcə də onların qlobal istehsaldakı payı göstərilib.

2023-cü ildə qlobal avtomobil istehsalının üçdə biri siyahıya başçılıq edən Çinin payına düşüb. 2024-cü ilin dekabrına olan məlumata görə, Çin hazırda dünyanın istənilən ölkəsindən daha çox avtomobil istehsalı və ixracını həyata keçirir. Ölkə daxili tələbatın iki qatından artığını istehsal etmək gücünə malikdir və bu, avtomobil istehsalının əhəmiyyətli bir hissəsini ixraca ayırmaq imkanı yaradır. Çin hökuməti yerli avtomobil istehsalına və xüsusilə də inkişaf edən elektrikli avtomobil sektoruna kütləvi şəkildə sərmayə qoyub. Hökumətin “Made in China 2025” kimi strateji təşəbbüslərində elektrikli nəqliyyat vasitələrinin istehsalına üstünlük verilib.

2-ci sırada qlobal payın 11,3%-ni təşkil edən ABŞ qərarlaşıb. İlon Maska məxsus “Tesla” şirkəti 1,4 trilyon dollardan çox bazar dəyəri ilə dünyanın ən dəyərli avtomobil istehsalçısıdır. Donald Trampın 2024-cü ildə prezident seçkilərində qələbəsindən sonra “Tesla“ səhmləri rekord həddə çatıb.

“Toyota”, “Honda” kimi tanınmış istehsalçılarla bu sektorda məşhur olan Yaponiya qlobal avtomobil istehsalının 9,6%-ni təşkil etməklə 3-cü sırada yer alıb.

SıraÖlkəRegionÜmumi Avtomobil İstehsalıÜmumi istehsalın payı
1????????ÇinAsiya30,160,96632,2%
2????????ABŞAmerika10,611,55511,3%
3????????YaponiyaAsiya8.997.4409,6%
4????????HindistanAsiya5.851.5076,3%
5????????Cənubi KoreyaAsiya4,243,5974,5%
6????????AlmaniyaAvropa4,109,3714,4%
7????????MeksikaAmerika4.002.0474,3%
8????????İspaniyaAvropa2.451.2212,6%
9????????BraziliyaAmerika2.324.8382,5%
10????????TaylandAsiya1.841.6632,0%
SıraÖlkəRegionÜmumi Avtomobil İstehsalıÜmumi istehsalın payı
11????????KanadaAmerika1.553.0261,7%
12????????FransaAvropa1.505.0761,6%
13????????TürkiyəAsiya1.468.3931,6%
14????????Çex RespublikasıAvropa1.404.5011,5%
15????????İndoneziyaAsiya1,395,7171,5%
16????????SlovakiyaAvropa1.080.0001,2%
17????????Böyük BritaniyaAvropa1.025.4741,1%
18????????İtaliyaAvropa880,0850,9%
19????????MalayziyaAsiya774,6000,8%
20????????RusiyaAvropa729,8640,8%
SıraÖlkəRegionÜmumi Avtomobil İstehsalıÜmumi istehsalın payı
21????????CARAfrika633,3370,7%
22????????PolşaAvropa612,8820,7%
23????????ArgentinaAmerika610,7250,7%
24????????MərakeşAfrika535,8250,6%
25????????RumıniyaAvropa513,0500,5%
26????????MacarıstanAvropa507,2250,5%
27????????ÖzbəkistanAsiya425,8760,5%
28????????BelçikaAvropa332,1030,4%
29????????PortuqaliyaAvropa318,2310,3%
30????Digər istehsalçı ölkələr2.646.4042,8%