PREZİDENT İLHAM ƏLİYEV SOMALİNİN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək vurğuladı ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

Səfir əməkdaşlığımızın gündən-günə möhkəmləndiyini qeyd etdi. O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını dedi və bu ənənələrin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə toxunuldu, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)